Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı - "Bir dəfə də oxu, get!" (VİDEO)

ŞOU-BİZNES 19 avq 2019, 13:12

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib. 

 

Anews.az-ın əldə etdiyi görüntülərdə Məmmədsəfanın döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğunu görürük.

 

İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:

 

Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get! 

Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.

- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.

- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?

- Muğam.

 

Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur "ulduzları" Məmmədsəfanın daimi müştəriləridir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top