Heydər Əliyevlə yaxın dost olmuş keçmiş polis rəisi vəfat etdi — FOTOLAR

HADİSƏ 19 avq 2019, 11:21

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin yaxın dostu olmuş türkiyəli iş adamı, Türkiyənin Bakıdakı səfirliyində polis təmsilçisi işləmiş Osman Gezeker bu günlərdə vəfat edib. 


Demokrat.az Virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyə mediasında dərc olunan xəbərlərdə ailəsi onun vəfatı ilə bağlı Azərbaycandan göndərilən başsağlığı mesajlarına görə təşəkkürlərini çatdırır.


Osman Gezeker bir nüçə gün əvvəl müalicə aldığı Ankara Şəhər Xəstəxanasında vəfat edib. O, 1988-1993-cü illərdə Qars vilayətinin polis rəisi olub. 1993-cü ilin dekabrında Heydər Əliyevin istəyi ilə o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəl Osman Gezekeri Bakıdakı səfirliyə polis təmsilçisi olaraq göndərib. Gezekerin Heydər Əliyevlə yaxın dostluq əlaqələri olub.


Gezeker ailəsi adından açıqlama verən Ankara Barosunun vəkillərindən Özləm Gezeker deyib ki, onların bu kədərli günlərində dəstək olduğu üçün Azərbaycan xalqına dərin minnətdarlıqlarını çatdırır.


"Rəhmətlik atam Osman  Gezeker o vaxtkı Azərbaycan prezidenti Heydər Əliyevin tələbi ilə mərhum Süleyman Dəmirəlin təlimatı ilə Bakıya göndərildi. Azərbaycanın bu günlərə gəlib çatması, o dövrdə içində yer aldığı sıxıntılı günlərdən qurtara bilməsi üçün rəhmətlik atam öz ürəyini ortaya qoydu. Azərbaycan-Türkiyə qardaşlığının daha da dərinləşməsi üçün illərlə çalışdı”,-Özlem Gezeker deyib.


Bildirib ki, atası Azərbaycanda maddi imkanları məhdud olan və ondan yardım istəyənlərə həmişə yardım əlini uzatmağa çalışırdı. "Bunu bizlər də atamın vəfatı ilə bağlı aldığımız məktubların, mesajların məzmunundan anladıq. Bununla bağlı atamızın etdiklərindən qürur duyduq. Azərbaycandan gəlib cənazə mərasiminə qatılanlar da oldu”,-o nəql edib.


Özlem Gezeekr atasının xatirələrindən də danışıb. Deyib ki, atası həmişə bunu deyərdi: Azərbaycana xidmət Türkiyəyə xidmətdir. Azərbaycana nə qədər xidmət etsək Türkiyəyə də o qədər xidmət etmiş olarıq. "Deyirdi ki, Heydər Əliyevlə tanış olmaq mənim üçün böyük şansdır. Heydər Əliyevin 20-ci əsrin ən önəmli liderlərindən biri olduğunu, onun fikirlərini öyrənməyin çox önəm daşıdığını deyirdi. Rəhmətlik Heydər Əliyev son nəfəsinə qədər Azərbaycan üçün çalışdı, atam da bu mübarizədə onun yanında yer aldı. Hər ikisini rəhmətlə və ən dərin minnətdarlıqla anırıq”,-Gezeker ailəsinin üzvü bildirib.


Əlavə edib ki, bu gün Heydər Əliyevin oğlu, prezident İlham Əliyevin liderliyində Azərbaycan bayrağı daha da yüksəkliklərə qaldırıb. Azərbaycan günü gündən inkişaf edir.


Özlem Gezeker qeyd edib ki, atalarının Türkiyə-Azərbaycan qardaşlığının daha da irəli götürülməsi üçün apardığı mübarizəni qaldığı yerdən davam etdirəcəklər. "Bunun üçün də eyni zamanda atam kimi polis müdiri olan qardaşım və uşaqlarımızla birlikdə üzərimizə düşəni edəcəyik”,-o deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top