Sakit Okeanda güclü zəlzələ baş verdi

DÜNYA 19 avq 2019, 09:03

Şimal Marian adalarının sahillərinin yaxınlığında Sakit Okeanda 5,9 bal gücündə zəlzələ baş verib.

 

Modern.az  xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti (USGS) bildirib.

 

"UTC" vaxtı ilə saat 18:00-da qeydə alınan yeraltı təkanların episentri, Anataxan adasından 76 kilometr şimal-şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib.

 

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top