Yenicə evlənən Ramil Quliyev həyat yoldaşı ilə çempionata hazırlaşır (FOTOLAR)

İDMAN 18 avq 2019, 22:00

Türkiyəli millisinin üvzü, həmyerlimiz Ramil Quliyev ötən günlərdə həmkarı, atlet Yekatrina Zaviyalova ilə ailə həyatı qurmuşdu.

 

Axşam.az xəbər verir ki, cütlük evlilik sonrası açıqlamalarında dünya çempionatına hazırlaşdıqlarını bildirib.

 

Hazırda Moskvada olan Ramil və Yekatrina hədəflərinin 2019-cu il Dünya Atletizm Çempionatı olduqlarını deyib.

 

Ramil Quliyev evlilikdən sonra verdiyi açıqlamalarla diqqət çəkib:

 

"Evlilik qərarım çox doğru idi. Həyat yoldaşımın idmançı olmağına sevinirəm. Bu, hər ikimiz üçün avantajdır. Çox sıx rejimdəyik. Bu dövrdə bir-birimizi anlamağımız önəmlidir. Moskvadan qayıdandan sonra çempionata hazırlaşmağa davam edəcəm. 2017-ci il dünya çempionluğundan sonra gözlər üzərimizdədir. Türk xalqını sevindirmək istəyirəm".

 

Qeyd edək ki, cütlüyün nikah şahidləri türkiyəli atletlər Batuhan Eruyqun və İzzət Səfər olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top