Arktikada rekord temperatur qeydə alınıb

HADİSƏ 18 avq 2019, 20:36

ABŞ-ın Okean və Atmosfer Təhqiqatları üzrə Milli İdarəsindən (NOAA) verilən məlumata görə, Arktikada havanın temperaturu rekord həddə - 34,8 dərəcə selsiyə çatıb.


Demokrat.az xəbər verir ki, bu barədə "Gizmodo" yazır.


NOAA-nın məlumatına görə, rekord istilik 26 iyulda İsveç meteroloji stansiyası tərəfindən qeydə alınıb.


İdarədən bildiriblər ki, bu il rekord temperatur Alyaskada da müşahidə olunub. Bu da öz növbəsində meşə yanğınlarına səbəb olub. 


Bundan başqa, bu il Alyaska su üzərindəki buzlar 6-8 həftə tez əriməyə başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top