"Bu kimi xəbərlər gülüş doğurur" — Müdafiə Nazirliyi

GÜNDƏM 18 avq 2019, 19:10

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatına yer alan məlumata münasibət bildirib.


Nazirliyin mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, guya düşmənin Azərbaycanla sərhəddə 140 hektar torpağı ələ keçirməsinə dair xəbərin heç bir əsası yoxdur. 


"Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top