24 yaşlı gənc toyda iştirak etdikdən sonra özünü asdı — Neftçalada FACİƏ

KRİMİNAL 18 avq 2019, 19:39

Neftçalada 24 yaşlı gənc intihar edib.


Demokrat.az APA-ya istinadən bildirir ki, Neftçala rayonunun Bala Surra kənd sakini 1995-ci il təvəllüdlü Ələkbərov Sabir Əli oğlu həyətlərindəki yeni tikilən hamamda özünü asaraq intihar edib.


Meyit səhər saat 08.00 radələrində aşkar edilib.


İlkin məlumata görə, S. Ələkbərov dünən axşam toy mərasimində iştirak edib, toy mərasimindən qayıtdıqdan sonra intihar edib. S. Ələkbərov subay olub.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top