Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

HADİSƏ 18 avq 2019, 14:50

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Zaqatala rayonuna yeni rəis təyin edib.


Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə bu posta Daşkəsən rayon Polis şöbəsinin rəisi polis polkovniki Vəfadar Orucov gətirilib.


Qeyd edək ki, bunadək sözügedən postda Adil Ələkbərov olub. O, 3 gün öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top