Azərbaycanda dəhşətli hadisə: 2 yaşlı uşaq yanğın zamanı öldü, ana və nənəsi isə...

HADİSƏ 18 avq 2019, 13:25

Şəmkirdə yaşayış evində yanğın baş verib.


Demokrat.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.


Ümumi sahəsi 30 kvadratmetr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.


Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib. Onun anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.


Məlumata görə, M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində yaşayırmış.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top