Məşhur teleaparıcı təyyarə qəzasında öldü — FOTOLAR

DÜNYA 18 avq 2019, 08:54

Amerikalı aparıcı Nensi Parker Yeni Orleanda təyyarə qəzasında ölüb.


NBC-nin məlumatına görə, hadisə aparıcı havada çətin manevrlər edən pilot haqqında reportaj hazırlayarkən baş verib.


Teleşirkətin məlumatına görə, reportajın qəhrəmanı Parker də bu aviaqəza nəticəsində həlak olub.


Təyyarənin Yeni Orleanın hava limanı yaxınlığında sahəyə düşdüyü bildirilir. Hazırda qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top