AXCP fəalı sərbəst buraxılıb

Avqustun 17-də evdən polisə aparılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Şöbəsinin üzvü Rəşad Dadaşov sərbəst buraxılıb. 


Demokrat.az xəbər veriri ki, bu barədə "Turan" agentliyi məlumat yayıb. 


R.Dadaşov bildirib ki, evdən Hacıqabul polis şöbəsinin 3 əməkdaşı tərəfindən aparılıb və şöbədə 1 saat yarıma yaxın saxlanılıb.


Fəalın sözlərinə görə, ona yaxın günlərdə keçirilməyə planlaşdırılan partiyanın iclası ilə bağlı xəbərdarlıq edilib. 


"Üstü-örtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq".


R.Dadaşov əlavə edib ki, hadisə ilə bağlı məhkəməyə müraciət etmək fikri yoxdur.(Turan)

17 Avqust 2019, 23:44   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß