Hollandiya şahzadəsi dünyasını dəyişdi

72 yaşı Hollandiya şahzadəsi Kristina bu gün səhər saatlarında həyatını itirib.

 

Ölüm haqda xəbəri Hollandiya kral ailəsi öz instaqram səhifəsində şahzadənin şəklini paylaşmaqla insanlara bildirib. Kral ailəsi bu itkidən çox sarsıldıqlarını şahzadə haqqında xoş xatirələri dilə gətirməklə qeyd edib.

Şahzadə Kristina uzun müddət idi ki, sümük  xərçəngindən əziyyət çəkirdi. 1947-ci ildə dünyaya gələn Kristina,  kraliça Culiana və kral Bernhardın kiçik qızıdır. 1975-ci ildə  Corc Quillermo ilə evlənən şahzadənin bu evlilikdən iki oğul və bir qız övladı dünyaya gəlib. 

 

Qeyd edək ki, Hollandiya, Kanada və İtaliya  kimi bir neçə ölkədə yaşayan şahzadə   xalq arasından olan biri ilə evləndiyi üçün taxt-tac varisliyindən də imtina etmişdi. (modern)

17 Avqust 2019, 23:37   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß