Hindistan Pakistanla danışıqlar üçün şərtini açıqladı

DÜNYA 17 avqust 2019, 19:46

Hindistan Pakistanla Kəşmir məsələsiylə bağlı danışıqlara yalnız İslamabadın terrorçulara dəstəyi dayandırmasından sonra başlayacaq.

 

Demokrat.az xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının qapalı iclasından sonra jurnalistlərə açıqlamasında Hindistanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Səid Akbaruddin deyib.

 

“Danışıqlara başlamaq üçün terroru dayandırın. Yalnız bu halda danışıqlara gəlmək olar. Normal dövlətlər terrordan uğura çatmaq üçün istifadə etmirlər. Heç bir demokratiya terrorun olduğu yerdə danışıqlara razılıq verməyəcək”, - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top