Jurnalistikadakı ƏDƏBSİZLİK

"Zavtra" qəzetinin baş redaktoru Aleksandr Proxanov: "Jurnalistikada ədəbsizlik – məlum olanı təkrarlamaqdır"


Mərhum jurnalist Vladimir Kara-Murza deyirdi ki, jurnalistikada ədəbsizlik jurnalistin öz peşəkar imkanlarından sui-istifadəsidir. Yəni personaj hər hansı fikri üstüörtülü və yaxud şərhinə ehtiyac duyulacaq şəkildə işlədibsə və jurnalist bu fikirlə bağlı söz oyununa başlayırsa, bunu ədəbsizlik sayırdı “Exo Moskvı” radiosunun əfsanəvi jurnalisti. Mən ustad jurnalistin fikrini bir qədər inkişaf etdirib deyərdim ki, “son söz” hüququna malik jurnalistin bu hüquqdan sui-istifadəsi yolverilməzdir.


“Toydan sonra nağaran”ı isə mən ümumiyyətlə ədəbsizlik sayıram, başqa sözlə opponentinə olan reaksiyanı vaxtında yox, özünə əlverişli şəraiti və yaxud sifarişi nəzərə alıb verirsənsə, bu ədəbsizlikdir. Əlbəttə ki, jurnalistika təhlildir ilk növbədə. Əfsuslar olsun ki, bir çox dövlətlərin mətbuatında təhlil şou ilə əvəzlənib ki, əslində bunun özünü də ədəbsizlik kimi qəbul edirəm. 


Leninin Dövlət Dumasındakı tərbiyəsizlik haqda bir məqaləsı vardı. Proletariat rəhbəri eserlərin öz problemlərini, dərdlərini, qarın və baş ağrılarını kadetlərin vasitəsilə qaldırmasını tərbiyəsizlik hesab etmişdi. Bu hadisəni jurnalistika müstəvisinə gətirək. Belə ki, əgər jurnalist sifarişlə məcburi pozda durursa bu ədəbsizlikdir. 


Ümumiyyətlə savadsız kütlənin beyinlərində yaşatdığı ucuz banallıqları, şüarları, stereotipləri səsləndirmək, standart fəndlərlə standart reaksiyaya səbəb olacaq spekulyasiyalara mən tərbiyəsizlik kimi baxıram. Məncə bu uğursuzluq keyfiyyətsizlikdən doğur ki, jurnalistikada keyfiyyətsizliyin özü belə ədəbsizlikdir. Yəni sənə hansısa siyası maneəni aradan götürməyi sifariş ediblər və sənin cəhdlərinin zərrə qədər də opponentinə təsiri yoxdursa işlətidiyin tərbiyəsiz leksika, zəif energetikalı söz yığını, ölü və çeynənmiş metodlardan istifadədir ədəbsizlik.


P.S. Azərbaycan dilinə tərcümə etdiyim ilk mühazirəmdir.


Anar Həsənov

Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidmətinin rəhbəri, Filologiya elmləri namizədi

17 Avqust 2019, 15:36   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß