Əməkdar artistdən teatr rəhbərinə ittiham: "Söyüş müxalifətinin üzvüdür"

Əməkdar artist Vaqif Kərimov sosial şəbəkədə İrəvan teatrının rəhbəri İftixar Piriyev haqqında ittihamlarla dolu yazı yazıb.


Demokrat.az bildirir ki, V.Kərimov İ.Piriyevi paxıllıqda ittiham edib:


"Əsasən tetrlarda çalışan texniki işçilərin aldığı və onun da layiq bilindiyi əməkdar mədəniyyət işçisi fəxri ad isə ürəyincə deyil. İstəyi daha yüksək fəxri ad almaqdır. Ona görə də layiq olduğuna qane olmaq istəmir. Arzusu isə elə arzu olaraq qalır. Bu səbəbdən yüksək fəxri ad alan sənətkarlara qarşı içində baş qaldıran paxıllıq hissini nə qədər çalışsa da boğa bilmir ki, bilmir".


Əməkdar artist teatr rəhbərini söyüş müxalifətinin üzvü adlandırıb:


"İ.Piriyevin məmura yaraşmayan, ancaq küçə adamına yaraşan söyüş leksikonu var. Söyüş söyməyi özünə peşə davranışına çevirib.Yüksək səviyyədə mükafatlandırılmış hörmətli adamlar haqqında hədyanlar yağdırır. Sual olunur: İ.Piriyev hörmətli insanları söyməklə, anti Azərbaycan dairələrin, o cümlədən ermənilərin, sifarişi ilə ölkəmizin hörmətli adamlarını murdar söyüşlərlə söyən, erməni xislətli Vidadi İsgəndərlidən nə ilə fərqlənir? Bəlkə onunla eyni məqsədə qulluq edir? Bu hərəkətləri sübut edir ki, İ.Piriyev Avropada fəaliyyət göstərən söyüş müxalifətinin üzvüdür və daha təhlükəlidir. Çünki, dövlət məmurudur. Vəzifə səlahiyyətlərini aşıb, ətrafına topladığı özü təfəkkürdə olan dəstəsiylə oyunlar qurmaqla işdən çıxardığı adamları dövlətdən narazı salıb Vidadi İsgəndərlinin və yaxud dağıdıcı müxalifətin düşərgəsinə atıb, onların çaldığı havaya oynamağa məcbur etmək istəyir. Çox təhlükəli və məkrli bir plandır". 


V.Kərimov teatrdan qovulduğu üçün övladını itirdiyini iddia edən aktrisa məsələsinə də toxunub:


"Düz iki ildir ki, mətbuatda gedən yazılarda İ.Piriyevin psixi durumlarının yerində olmadığı qeyd edilir. Bu adamın qarşısı alınmasa İrəvan teatrında pis işlərin baş verəcəyi mətbuat vasitəsiylə aidiyyatı orqanlara çatdırılır. Zaman bu sözlərin doğru olduğunu sübut etdi. İ. Piriyev bir gənc ananın, İrəvan Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın uşağını itirməsinə bais oldu. Bundan faciəvi hadisə olmalıydı ki? Sabah çox güman ki, yenə kiminsə ölümünə bais olacaq. Zaman göstərəcək. Amma, niyə indidən bunun qarşısı alınmasın? Axı niyə kütbeyin bir məmurun mədəniyyətimizin tarixinə qara ləkələr yazdığına dözməliyik?".


Əməkdar artist baş verənlərlə bağlı Əbülfəs Qarayevə müraciət edib: 


"Mədəniyyət naziri hörmətli Əbülfəs Qarayevə müraciət edirəm. Hörmətli nazir! Tabeçiliyinizdə işləyən məmur İftixar Piriyev sosial şəbəkələrdəki fəaliyyəti ilə tabe olduğu nazirliyin bütün əməkdaşlarının və şəxsən Sizin bir rəhbər kimi hörmətinizə ləkə gətirir".(Yeni Sabah)

17 Avqust 2019, 13:03   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß