Danimarka Trampın Qrenlandiyanı almaq ideyasına sərt reaksiya verdi

Xəbər verildiyi kimi, bu gün “The Wall Street Journal” qəzetində ABŞ-ın Qrenlandiya adasını Danimarkadan satın almaq niyyəti barədə xəbər çıxıb.

 

Bununla bağlı gedən informasiyalara artıq Kopenhagendən reaksiyalar, özü də olduqca sərt formada gəlməyə başlayıb.

 

Danimarka parlamentini deputatları bu cür təkliflərin ən az yersiz olduğunu qeyd ediblər. Müxalifətdəki milli-mühafizəkar Xalq parityası fraksiyasının üzvü Syoren Yespersen Donald Trampın dəli olduğunu söyləyib. O, Danimarkanın torpağını və üzərində yaşayan 50 min vətəndışını ABŞ-a satmaq fikrinin sərsəmlik olduğunu bildirib.

Qrenlandiya ile ilgili görsel sonucu

Ölkənin keçmiş baş naziri Lars Lekke Rasmussen özünün Tvitterdəki mikrobloqunda ABŞ prezidentinin arzusunu acı istehza ilə tənqid edib: “Bu, deyəsən 1 aprel zarafatına oxşayır. Lakin bayırda hələ avuqstdur”.

 

Keçmiş xarici işlər naziri Martin Lideqaard XXI əsrdə torpaq satmaq barədə düşüncənin belə mümkün olmadığını qeyd edib: “Özü də həmin ərazilərdə öz vətəndaşların yaşayırsa...”

 

“Biz canlı insanlardan danışırıq. Siz Qrenlandiyanın müstəmləkə dövründəki kimi satılmasından danışa bilməzsiniz”, -deyə keçmiş nazir hiddətlə bildirib. (Musavat.com)

Musavat.com xarici agentliklərə istinadən bildrir ki, b

 

16 Avqust 2019, 22:24   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß