Azərbaycan bağçalarında 355 uşaqda bakterial dizenteriya aşkarlanıb - RƏSMİ

SOSİAL 15 avq 2019, 22:40

2018-ci ilin sonuna olan məlumata əsasən dövlət məktəbəqədər təhsil müəssisələrində 31505 xəstələnmə halı baş verib. Bunun 24844-ü 3 və yuxarı yaşda olan uşaqlarda qeydə alınıb.

 

Demokrat.az azvision.az -a istindən bildirir ki, b barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, uşaqlar arasında ən çox qrip və yuxarı nəfəs yollarının kəskin infeksiyası aşkar edilib.

 

Bundan əlavə, ötən il uşaq bağçalarında 16087 uşaq qripə yoluxub ki, bunun da 12766 nəfəri 3 və yuxarı yaşda olanlardır. Həmçinin 7729 uşaqda angina (kəskin tonzillit), 160 uşaqda bədbəxt hadisə, zəhərlənmə, 222 uşaqda sətəlcəm, 355 uşaqda bakterial dizenteriya, 144 uşaqda skarlatina qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top