Direktor müavini işdən çıxarılması ilə bağlı AzTV-dən AÇIQLAMA

HADİSƏ 15 avq 2019, 17:15

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir. 


Demokrat.az xəbər verir ki, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin reklam departamentinin direktoru Emin Yasinovu işdən kənarlaşdırıb. 


Xəbərdə digər diqqətçəkən məqam odur ki, Emin Yasinovu bu vəzifəyə elə Rövşən Məmmədovun özü təyin etmişdi. Lakin hələlik dəqiqləşdirə bilmədiyimiz  səbəbdən, o, öz təyinatını geri oxumalı olub.


Məlumat üçün onu da bildirək ki, sədr əvəzi dünən şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad etmişdi.(Mia.az)

 

Sözügedən təyinatla əlaqədar AzTV-nin Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Demokrat.az-a açıqlama verib:


"Emin reklam departamentinin direktoru olmayıb. Sınaq müddətində direktor müavini olub. Sınaq müddəti başa çatandan sonra - 4 ay əvvəl qarşılıqlı razılaşma əsasında işdən ayrılıb". 

 

M. Aslanov bildirib ki, AzTV-də reklam departamenti faktiki olaraq yeni formalaşır və bu sahədə təcrübəli kadrların işə cəlb olunması önəmlidir:


"Çünki digər kanallar kimi AzTV-də ölkənin reklam imkanlarından yararlanmaq istəyir. Odur ki, bu məqsədlə kanala mütəxəssislərin cəlb olunub, sınaq müddəti ərzində bacarıqlarının müəyyən edilməsi normal haldır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top