Mariya Stadnik Mübariz İbrahimova olan sevgisindən yazdı

İDMAN 15 avq 2019, 17:52

Dünya və Avropa çempionu Mariya Stadnik Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan yazıb. 

 

Qadın idmançımız Mübariz İbrahimovu cinayətkar adlandıranları da vicdansız adlandırıb:  

 

"Fotoda gördüyünüz şəxs Azərbaycanın igid oğlu Mübariz İbrahimovdur. Mübariz İbrahimov ermənilər ilə müharibə zamanı qəhrəmancasına həlak olub. İnternetdə araşdırma apardım.

 

Təəssüf ki, "Mübariz İbrahimovu cinayətkar adlandıran vicdansız insanlar var".  Allah rəhmət eləsin!"

 

Onun bu paylaşımı tez zamanda çox sayda bəyəni alıb və ona bu paylaşımına görə təşəkkür ediblər. 

 

Qeyd edək ki, ukrayna əsilli güləşçimiz 2007-ci ildən millimizin şərəfini qoruyur. O Dünya və 7 dəfə Avropa Çempionu, 3 qat olimpiya mükafatçısıdır.

 

Unikal.org

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top