Qarabağ erməniləri Paşinyanın Xankəndindəki çağırışlarını tənqid etdi

GÜNDƏM 15 avq 2019, 14:55

“Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sarqsyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır”.

 

Bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib.

 

Sənəd Tbilisidə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.

 

Bəyanatda qeyd olunub ki, 30 ildən sonra Xankəndində meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib və bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır: "Biz Qarabağ azərbaycanlıları ilə birgə münaqişəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməliyik”.

 

Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıblar. (“Report”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top