Çin BMT TŞ-nin qapalı iclasını çağırdı

DÜNYA 15 avq 2019, 11:48

Çin Cammu və Kəşmir ştatı ətrafında yaranan situasiya ilə əlaqədar Beynəlxalq Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının  (TŞ) qapalı iclasını çağırıb.

 

Məlumatı RİA Novosti öz mənbəsinə istinadən yayıb.

 

Məlumata görə, Çin tərəfi bu iclası Pakistanın rəsmi xahişindən sonra çağırıb.

 

İclasın 15 və ya 16 avqustda keçirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bundan öncə BMT-yə analoji tələblə Pakistan Xarici İşlər Nazirliyi müraciət etmişdi. (virtualaz)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top