Azərbaycanlı general ABŞ donanmasının komandanı oldu — FOTOLAR

DÜNYA 14 avq 2019, 18:23

ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə “USS Harry S.Truman” aviadaşıyıcısının komandanı təyin olunub.


Demokrat.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində politoloq Şahin Cəfərli məlumat yayıb. 


30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı “Mount Whitney” gəmisinin komandiri idi. Həkimzadənin atası cənubi azərbaycanlı, anası amerikalıdır. 


Ailə islam inqilabından sonra İranı tərk edib. Həmin vaxt K.Həkimzadə 11 yaşında olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top