Azərbaycanda özünü qoz ağacından asan nişanlı gəncin məktubu tapıldı: "Oğlun olsa, adımı qoyarsan"

HADİSƏ 14 avq 2019, 22:40

İsmayıllıda intihar hadisəsi baş verib.


Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb.


1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətindəki qoz ağacından asıb.


Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.


S.Piriyev intihardan əvvəl məktub yazıb.


Məktubda qeyd edilib ki, ona aid torpaq sahələri adlarını yazdığı qohumları arasında bölüşdürülsün. Bundan əlavə, qardaşına vəsiyyət edib ki, oğlu olsa, onun adını qoysun.


Qeyd edək ki, intihar edən şəxs nişanlı imiş, ayın axırı toyu olacaqmış. O, Qurban bayramında nişanlısıgildə olub.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top