"Ermənilər gələcəkdə daha böyük əraziləri itirsələr yenə reaksiya verəcək halları olmayacaq" — Politoloq

GÜNDƏM 14 avq 2019, 18:04

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Azərbaycan sərhədçilərinin Qazax istiqamətində yüksəklikləri ələ keçirməsindən danışıb. 


Demokrat.az onun fikirlərini təqdim edir:


"Erməni saytlarını izləyirəm, Azərbaycan sərhədçilərinin Qazax istiqamətində yüksəklikləri ələ keçirməsi barədə bir cümlə belə yoxdur. Tutalım ki, Ermənistan hakimiyyəti bunu gizlətməyə çalışır, bəs baş nazir Paşinyana müxalif olan partiyalar və media qurumları niyə məsələyə aydınlıq gətirməyə çalışmırlar? Bu əslində bizə də yol göstərir. Ermənilər eyni ilə Lələtəpəninin və Naxçıvandakı ərazilərin itirilməsinə də seyrçi qaldılar, reaksiya vermədilər. Demək, gələcəkdə daha böyük əraziləri itirsələr yenə reaksiya verəcək halları olmayacaq. İstifadə etməliyik!".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top