Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş

DÜNYA 14 avq 2019, 17:24

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçərkən onu izləyən NATO-nun “F-18” qırıcısı İspaniya Hərbi Hava Qüvvələrinə aiddir.


Demokrat.az “İnterfax”a istinadla xəbər verir ki, bu təyyarələr NATO-nun hava polisinə aiddir və əsas vəzifəsi Baltikyanı ölkələrin hava məkanını qorumaqdır.


Qeyd edək ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş. Onu Baltika donanmasının dəniz aviasiyasının iki “Su-27” qırıcısı müşayiət edib.


“F-18” təyyarəsi S.Şoyqunun olduğu avialaynerə yaxınlaşmaq istəyib, ancaq “Su-27”lərin pilotları onu sıxışdıraraq uzaqlaşdırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top