“Uniklinika”da 16 yaşlı gənc burun əməliyyatından sağ çıxmadı

HADİSƏ 14 avq 2019, 16:46

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

 

Demokrat.az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

 
Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika”da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

 

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

 

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər. 

 

Xatırladaq ki, 2018-ci ilin martında "StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top