İcra başçısı bayram günlərini vətəndaşlarla keçirdi - FOTOLAR

SOSİAL 14 avq 2019, 14:53

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Qurban bayramı günlərində vətəndaşlarla görüşüb və onların problemlərini dinləyib.


Demokrat.az-ın məlumatına görə, icra başçısı rayonun Əhmədbəyli, Bala Bəhmənli kəndlərində (Dörd yol adlanan ərazidə) və Qayıdış qəsəbələrinə baş çəkib. O, növbəti dəfə vətəndaşlarla görüşərək, bazarlarda və topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, həmçinin alıcı və satıcılarla söhbət edib.  

 

A.Alıyev vətəndaşları Qurban bayramı münasibəti ilə təbrik edərək, onların problem və qayğıları ilə maraqlanıb. Rayon sakinləri də öz növbəsində Qurban bayramı münasibəti ilə Prezident cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təbrik edərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir qiymət artımının olmadığını bildiriblər. 


Daha sonra icra başçısı Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılmasının dayanır. Qeyd edib ki, son vaxtlar ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.


Məcburi köçkünlər dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunduqlarını, çörək pulu,qaz, işıq, sudan istifadəyə görə hər ay vahid aylıq müavinət aldıqlarını, əməkhaqqı, pensiya və təqaüdlərinin vaxtlı-vaxtında plastik kartlar vasitəsilə ödənildiyini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top