İstanbulda hotel yanır — Turistlər xəsarət alıb

DÜNYA 14 avq 2019, 13:39

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.


Demokrat.az Trend-ə istinadla xəbər verir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. 


Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.


Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.


Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top