"Mənsimov köhnə gəmilərinə Rəsulzadə, Elçibəy adı verməklə Azərbaycan iqtidarını şantaj edir" — Tanınmış jurnalist iş adamını "dələduz" adlandırdı

GÜNDƏM 14 avq 2019, 10:42

"Yeni Müsavat" qəzetinin şef-redaktoru, tanınmış jurnalist Azər Ayxan Məhəmməd Əmin Rəsulzadənin adına köhnə gəmi verdiyinə görə “Palmali Group” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovu tənqid edib. 


Demokrat.az xəbər verir ki, Azər Ayxan Mübariz Mənsimovu dələduzluqda ittiham edib:


"Mübariz Mənsimovun batan gəmisi, üzə çıxan yalanı. Məhəmməd Əmin Rəsulzadənin ruhu bu saxtakarlığın baş tutmasına, azərbaycanlıların ülvü hissləri ilə oynayıb siyasi xal qazanmağa imkan vermədi. Dələduzlar... Hələ Mənsiomova girənlərə baxardız. Nə Mübarizin Rəsulzadə umurundadı, nə də Mənsimova bəy tərifi demək üçün növbəyə dayananların. Hərənin öz marağı vardı bu işdə. M.Mənsimov köhnə gəmilərinə Rəsulzadə, Elçibəy adı verməklə hakimiyyəti qıcıqlandırır. Azərbaycan iqtidarını şantaj edir. Ona tərif demək üçün sıraya dayananlar da Mənsimovdan para çəkə biləcəklərini zənn edirlər. Gəminiz batsın...".

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top