Qəzaya düşən Rəsulzadə gəmisinin son görüntüləri yayıldı — FOTOLAR

HADİSƏ 14 avq 2019, 00:58

Türkiyə mətbuatı İstnabul sahillərində “Palmali Group” şirkətlər qrupuna məxsus olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin batmasının görüntülərini yayıb. 


Demokrat.az Türkiyənin "Dəniz" xəbər agentliyinə istinadla bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan 21 yaşlı köhnə gəmi İstanbulun "Ahırkapı" limanı ərazisində "Doric Warrior" adlı gəmi ilə toqquşub. 


Toqquşma nəticəsində Rəsulzadə gəmisi batmaq təhlükəsilə üzləşib. Hadisədən dərhal sonra Rəsulzadə gəmisinin kapitanı "Batırıq!" çağırışı ilə yardım istəyib. Yardım çağırışına yaxınlıqda olan digər gəmilər də gəliblər. Hazırda Rəsulzadə gəmisinin xilas edilməsi işləri görülür. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top