"Futbolçularım həddindən artıq əziyyət çəkdilər" - Qurban Qurbanov

İDMAN 13 avq 2019, 23:48

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” III təsnifat mərhələsinin cavab matçında Kiprin APOEL klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Oyundan sonra açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti şərh edib.

 

“Əfsuslar olsun ki, oyunu əldən verdik. Futbolçularım həddindən artıq əziyyət çəkdilər. Çox bəsit qollar buraxdıq. Yüz faizli qol imkanlarından istifadə edə bilmədik. Buna baxmayaraq, futbolçularıma təşəkkür edirəm. Üç komandaya qarşı ağır oyun keçirdik. Texniki səhvlərimiz çox oldu. Qarşıdakı oyunlara baxacağıq”.

 

Qeyd edək ki, komandaların Kiprdə keçirilən oyunu “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. (“Qafqazinfo”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top