NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı - Rusiya “Su-27”ləri hərəkətə keçdi

DÜNYA 13 avq 2019, 23:07

NATO-nun “F-18” qırıcı təyyarəsi Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.

 

“RİA Novosti” xəbər verir ki, hadisə Baltik dənizinin neytral suları üzərində baş verib.

 

Bununla belə, Rusiyaya məxsus “Su-27” qırıcıları NATO təyyarəsini uzaqlaşdırıb. S.Şoyqunun olduğu təyyarə Kalininqraddan Moskvaya uçurmuş.

 

Onu Baltik donanmasının dəniz aviasiyasının iki ədəd “Su-27” qırıcısı müşayiət edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top