Bakıda zəncirvari qəza baş verdi - 7 maşın toqquşdu

HADİSƏ 13 avq 2019, 21:48

Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. 


Demokrat.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb. 


Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top