"Araz" Supermarketlər Şəbəkəsində növbəti fırıldaqlıq - Vitrində bir qiymət, kassada başqa qiymət (FOTOLAR)

SOSİAL 13 avq 2019, 21:01

"Araz" Supermarketlər Şəbəkəsinin növbəti fırıldağa yol verdiyi üzə çıxıb


Demokrat.az xəbər verir ki, telekanalların birində kameraman kimi çalışan Ramin Şahbazov feysbuk səhifəsində paylaşım edib. O, adıçəkilən supermarketdə məhsulun vitrində bir qiymətə qoyulmasından və başqa qiymətə satılmasından şikayətçidir:

 

"Araz supermarketin qiymət firıldağı, vitrinde 1.79 azn-ə olan Slavyanka Boyaruska şirniyyatı, kassada 2.39 azn-ə hesablanır... Məsələynən bağlı etirazımı bildirəndə, cavabları belə oldu, istəmirsənsə məhsulu geri qaytar"

 

R.Şahbazov bildirir ki, həmin supermarketdə bu hallarla bir neçə dəfə qarşılaşıb. 

 

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Zaur

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top