Üç azərbaycanlı Rusiyanın ən nüfuzlu müsəlmanları siyahısında yer aldı - FOTO

SOSİAL 13 avq 2019, 17:34

Rusiyanın ən nüfuzlu 100 müsəlmanın adıaçıqlanıb.

 

Qaynarinfo xəbər verir ki, siyahını "Business online” jurnalı hazırlayıb. Siyahıda azərbaycanlılar da yer alıb.

 

"Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda 16-cı pilləni tutur. Jurnalın əməkdaşları qeyd edib ki, Ələkbərov indiyədək müsəlman olduğunu açıqlamayıb. Amma onun bu dinə sitayiş etməsi, kilsə və məscidlərə ianə verdiyi iddia olunur.

 

Tanınmış dinşünas və filosof, "Quran”ı rus dilinə tərcümə edən Elmir Quliyev Rusiyanın ən nüfuzlu 100 müsəlmanı arasında 49-cu pilləni tutur.

 

"Forbes"in açıqladığı siyahıya görə Rusiyanın ən varlı 67-ci adamı olan Fərhad Əhmədov da siyahıda yer alıb. Azərbaycanlı iş adamı 97-ci pilləni tutur. 

 

Qeyd edək ki, siyahıda məmurlar, biznesmenlər, idman, mədəniyyət və din xadimləri, xeyriyyəçlər, elm adamları və s. sahələrin təsmilçiləri yer alıb. 

 

Siyahının ilk "onluğ"u belədir: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top