Erməni politoloq Paşinyanı kəskin tənqid etdi: "Qarabağ Azərbaycandır, Vəssalam"

GÜNDƏM 13 avq 2019, 16:49

"4 gün əvvəl "Qarabağ Ermənistandır, Vəssalam" sözlərinin bəyan edilməsi, 3 gün əvvəl isə Xarici İşlər nazirliyi vasitəsilə Qarabağ probleminin həlli, həmçinin Azərbaycanı da qane etməlidir xatırladılması?...". 


Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Andranik Tevanyan öz "Facebook" səhifəsində yazıb. 


O, Paşinyanın Azərbaycan mətbuatına mütəmadi olaraq müsahibə verərək, Qarabağın ermənilər tərəfindən zorla işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu vurğulayan qırğız yazıçı Çingiz Aytmatovla selfi çəkməsini kəskin tənqid edib. 


"Aytmatovun baxışı belə olub, Qarabağ Azərbaycandır, Vəssalam". Soyqırım kompleksinə gedərək, türklər tərəfindən ermənilərin soyqırımının (qondarma-red.) tənqid edilməsi, daha sonra deyək ki, Tələt, Camal yaxud həkim Nazimlə məzarların fonunda selfi şəkil çəkdirmək, indi isə Qırğızıstana gedərək, onların sözlərindən sitat gətirməyi də unutmayaraq, Aytmatovun heykəli ilə əla bir selfi çəkilməsi eyni şeydir. Mən bax belə şeyləri nəzərdə tutub, populizmin təhlükəli üzü var deyirdim", - deyə Tevanyan qeyd edib.(KANAL 5) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top