Rusiya və İran Xəzərin dibi ilə boru xəttinin tikintisinə qarşı çıxdı

SİYASƏT 13 avq 2019, 15:46

Avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumunda Rusiya və İran təmsilçiləri Xəzərin dibi ilə boru xəttinin tikintisinin əleyhinə çıxıb, hər zamankı kimi ekoloji məsələləri bəhanə ediblər. 


Demokrat.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.


Onun sözlərinə görə, halbuki, Rusiya Qara dənizin və Şimal dənizinin dibi ilə bir neçə boru xətti tikib:


“Şimal qonşumuz bu xətlərlə müxtəlif ölkələrə qaz ixrac edir yaxud etməyi planlaşdırır. Transxəzər boru kəməri Türkmənistana lazımdır ki, qazını Avropaya ixrac edə bilsin. Ancaq forumda Türkmənistan təmsilçiləri Xəzərin dibi ilə boru xətti haqqında heç nə demədilər və Rusiya, İran nümayəndələrinin “tikmək olmaz” açıqlamalarına etiraz etmədilər. Halbuki, Xəzərin statusunu müəyyənləşdirən Konvensiyaya görə Xəzərin dibi ilə boru xəttinin tikintisi sahil ölkələr arasında müəyyənləşdirilir. Yəni Türkmənistan Azərbaycanla dənizin dibi ilə boru xətti tikməyə qərar versə, başqa sahil ölkələri buna mane olmamalıdırlar. Ancaq bu boru xətti Azərbaycandan çox Türkmənistana lazımdır. Əgər Türkmənistan həmin boru xəttinin tikintisinə maraq göstərmirsə, bu halda həmin boru xətti Azərbaycana da lazım deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top