Şirvanda əməliyyat keçirildi: Silahlı şəxslər zərərsizləşdirildi (FOTOLAR)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb.

Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

 

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

13 Avqust 2019, 14:33   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß