Müsavat başqanı özünə yeni maşın aldı — FOTO

MARAQLI 13 avq 2019, 13:28

Müsavat başqanı Arif Hacılı özünə yeni maşın alıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə "AnTV.az" saytı məlumat yayıb. 


Məlumatda qeyd olunur ki, heç bir yerdən gəliri olmayan müxalif partiya sədri bahalı maşın alıb:


"26 ildir heç bir yerdə çalışmayan Müsavat başqanı son model Hunday Sonata avtomobilini necə və hansı pula alması qaranlıq olaraq qalır.


Xatırladaq ki, Müsavat başqanı 1993-cü ildən bəri heç bir yerdə çalışmır və heç bir qazancı mövcud deyildir. Onun adı bu günədək bir çox qalmaqallarda, xüsusilə də dəfələrcə mühacir alverində hallanmışdır. Xaricdə yaşayan mühacirlər Müsavat başqanı Arif Hacılını saxta partiya bileti və saxta partiya arayışı satmaqda ittiham edirlər.


Görünən odur ki, bütün bu hallar Müsavat və Arif Hacılı ətrafında dolaşan mühacir alveri söz-söhbətlərində şübhə toxumları səpir.


Həqiqət axtarışında olan AnTV.az-a birmənalı şəkildə açıqlama verməyən və təmsil etdiyi partiyaya AnTV.az-a açıqlama verməyi qadağa qoyan Arif Hacılını bu özəl xəbərlə narahat etsək də bu həqiqətdir".


Daha asonra sayt Arif Hacılının aldığı yeni maşının fotosunu təqdim edib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top