Ermənistanın Müdafiə Nazirliyi əsgərinin Azərbaycana qaçmasını təsdiqlədi

GÜNDƏM 13 avq 2019, 08:57

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.


“Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə nazirliyin məlumatında bildirilir.


Eyni zamanda, “Sputnik Ermənistan” agentliyi Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırıldığını yazıb.


“19 yaşlı Araik Kazaryan Ermənistanın Vayotsdzor bölgəsinin Yegeqis kəndindəndir. Onun Ermənistan Silahlı Qüvvələrinin sıralarında müqavilə üzrə xidmət edən bir qardaşı var ”, – deyə nəşr vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top