Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü təxirə salındı

SİYASƏT 12 avq 2019, 19:15

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Soçidə nəzərdə tutulan üçtərəfli görüşü təxirə salınıb.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


O deyib ki, bu həftə planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.


Xatırladaq ki, dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top