Avqustun 13-nə olan HAVA PROQNOZU

HADİSƏ 12 avq 2019, 14:30

Avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Demokrat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 21-24° isti, gündüz 28-31° isti, Bakıda gecə 22-24° isti, gündüz 29-31° isti təşkil edəcək.


Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.


Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.


Azərbaycanın əksər rayonlarında hava əasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-26° isti təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top