Millimizin futbolçusu İspaniyada klubunu dəyişdi

İDMAN 12 avq 2019, 12:55

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Alkorkon” klubunu tərk edib.


Demokrat.az "Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İspaniyanın digər I divizon təmsilçisi "Albasete”yə keçib. Yeni klubunun İsrafilovu bu gün ictimaiyyətə təqdim ediləcəyi bildirilir.
 

Qeyd edək ki, İsrafilov indiyədək İspaniyanın "Ximnastik”, "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarında çıxış edib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top