"Google"un işində problem yarandı

HADİSƏ 12 avq 2019, 11:20

Amerikanın "Google" axtarış sisteminin işində problemlər müşahidə olunur.


Demokrat.az xəbər verir ki, bu barədə "Downdetector" saytının məlumatlarından məlum olur.


Bildirilir ki, axtarış sisteminin işində problemlər Bakı vaxtı ilə 01:30-dan başlayıb. "Google"un işindən daha çox ABŞ, Rusiya, Niderland, həmçinin Latın Amerikası ölkələrinin sakinləri şikayət edir.


"Downdetector"un məlumatına görə, istifadəçilərin böyük əksəriyyəti axtarış verən zaman problemlə üzləşiblər. Bəziləri isə avtorizasiya ilə bağlı problemlər olduğunu deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top