Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır

HADİSƏ 12 avq 2019, 08:49

Xeops ehramından böyük olan “potensial təhlükəli” asteroid avqustun axırında Yer kürəsinə yaxınlaşacaq.


Demokrat.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu NASA-nın tədqiqatları göstərir.


“2019 OU1” kodlu asteroidin diametri 160 metrdir. Avqustun 28-də o, Venera ilə bizim planetin arasından, təxminən milyon kilometr məsafədə keçəcək.


Qeyd edək ki, Avropa kosmik agentliyinin dərc etdiyi “potensial təhlükəli” kosmik cisimlər siyahısında hipotetik toqquşma sentyabrın 9-da Yerə yaxın keçəcək “2006QV89” asteroidi ilə ola bilər.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top