İran ABŞ-la danışıqlardan imtina etdi

SİYASƏT 11 avq 2019, 21:56

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi Tehran-Vaşinqton danışıqları haqda bəyanatla çıxış edib.


Demokrat.az xəbər verir ki, Musəvi Ağ Evin əbəs yerə İran tərəfinin zəngini gözlədiyini deyib. 


Onun sözlərinə görə, rəsmi Tehran Vaşinqtonla danışıqlara getməyəcək. Buna səbəb isə ABŞ hökumətinin İran iqtisadiyyatına təzyiqidir. 


XİN rəsmisi eyni zamanda, Vaşinqtonun beynəlxalq hüquq və normalara əməl etmədiyini bildirib.


Xatırladaq ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus ABŞ prezidenti Donald Trampın İranla danışıqlara hazır olduğunu bildirmişdi.(“Qafqazinfo”)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top