İraqda ABŞ əsgəri öldürüldü

DÜNYA 11 avq 2019, 14:06

İraqın şimalında İŞİD terrorçularına qarşı aparılan hərbi əməliyyat zamanı bir ABŞ əsgəri həlak olub.

 

Bu barədə ABŞ liderliyindəki beynəlxalq koalisiya məlumat yayıb.

 

Açıqlamada əsgərin ölümü və hərbi əməliyyat barədə detallı informasiya verilməyib. Yalnız o bildirilib ki, həmin əsgər əməliyyat zamanı İraq təhlükəsizlik qüvvələrinin məsləhətçisi və müşahidəçisi olub.

 

Qeyd edək ki, ABŞ və müttəfiqlərindən ibarət beynəlxalq koalisiya 2014-cü ildən bəri Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparır. (Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top