Putin müsəlmanları təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

 

Demokrat.az "Report" istinadən xəbər verir ki, Rusiya Prezidentinin təbrik məktubu Kreml Sarayının saytında yerləşdirilib.

 

Prezident müsəlman təşkilatlarının Rusiyada millətlər və dinlərarası dialoqun dəstəklənməsində hökumət və ictimai institutlarla əməkdaşlığının xeyli dəyərli olduğunu bildirib.

 

“Rusiyada yaşayan müsəlmanları Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, - deyə V.Putin məktubunda bildirir.

11 Avqust 2019, 12:18   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß