Moskva mitinqində 136 nəfər saxlanıldı

DÜNYA 11 avq 2019, 10:36

Moskvada keçirilən mitinqlərdən sonra icazəsiz yürüşə çıxan 136 nəfər saxlanılıb.

 

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb:

 

"Moskvanın mərkəzində təşkil olunan qeyri-qanuni mitinqdə müxtəlif qanun pozuntularına yol verən 136 nəfər saxlanılıb”.

 

Qeyd edək ki, bundan əvvəl Moskva rəhbərliyi Saxarov Küçəsində 10 və 11 avqust tarixlərində 100 min nəfərin iştirakı ilə gözlənən iki mitinqin keçirilməsi üçün icazə vermişdi. Təşkilatçılar sonradan 11 avqust mitinqini keçirməkdən imtina etdiklərini açıqlamışdı. (BakuPost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top