İranda kanalizasiya qazından 9 nəfər zəhərləndi - Ölənlər var

DÜNYA 10 avq 2019, 20:15

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayətinin Bircənd şəhərində kanalizasiyada yaranan qaz nəticəsində 9 nəfər zəhərlənib.

 

Demokrat.az xəbər verir ki, bunu Bircənd meriyasının fövqəladə hallar idarəsinin icra direktoru Əli Hüseyni deyib. Ə.Hüseyninin sözlərinə görə, 4 mərtəbəli binanın zirzəmisində yaşayan ailə kanalizasiyaya xlor töküb. Nəticədə kanalizasiya quyusunda metan və digər öldürücü qazlar artıb. 3 nəfər həlak olub, biri komadadır. İdarə rəsmisi bildirib ki, hadisədə 5 yanğınsöndürmə əməkdaşı da zəhərlənib. (Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top